Həmkarlarına örnək rəhbər



Tez-tez mətbuat səhifələrində məmur özbaşınalığından, bəhs edən məlumatlara rast gəlirik. Oxuduğumuz məqalələr vətəndaş olaraq tanımadığımız rəhbər iscilərə qarşı xoşagəlməz hislər yaradır.
Əslində qarşılaşdığımız belə jurnalist yazının çoxu qərəzli xarakter daşıyır.
Əminəm ki, mənim fikirim bir çox həmkarlarımın xoşuna gəlməyəcək. Lakin yaxşı görünmək xatirinə həqiqətlərə göz yummaq insafsızlıq olar.
Biz insafsızlıq etmədən şahid olduğumuz məmur  məsuliyyətindən, vəzifəsinə ləyaqətlə xidmət edən Vidadi İsayev barəsində çox açmaq istəyirik.
Vidadi İsayev Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə  rayonuna icra başçısı təyin  olunub.  Vidadi müəllim rayonun rəhbəri təyin olunandan bəri, Bərdə rayonun simasında ciddi və nəzərə çarpacaq dərəcədə dəyişikliklərə imza atıb. Lakin yazımızda Vidadi müəllimin rayon üçün gördüyü xidmətlərdən deyil, Bərdə  rayonunda yaşayan  şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarına göstərdiyi xüsusi diqqətdən bəhs etmək istərdim
Vidadi İsayevin qonağı olduğumuz zaman, qapısını döyən şəhid atası o qədər həssasdır və hörmətlə qarşılandı ki, tək kəlmə ilə təqdirəlayiq.
Bizi gozlətdirdiyi və şəhid atasını qəbul etməyi səbəbilə yüksək  nəzakətlə bizidən  üzr istəyib, müavini İlham Məmmədova bizimlə əlaqədar olmağı tapşırdı .
İlham müəllim də eyni ilə Vidadi müəllim kimi hörmət və nəzakətlə, rayonda jurnalist fəaliyyətimizi yerinə yetirməyimizə  şərait yaradılması üçün məsul şöbə müdiri Sadiq Xəlilova gərəkli tapşırıqlar verdi.
Bərdə rayonunda qarşılaşdığımız və şahid olduğumuz hər bir davranış bizə əsas verir ki,  Vidadı İsayev və rəhbərliyi altında çalışan hər bir məmur öz vəzifə borclarını layiqincə yerinə yetirirlər.
Biz jurnalist olaraq Azərbaycanın hər bir rayonuna ezam olunuruq. Bunca iş səfərlərimiz zamanı Bərdə rayonunda gördüyümüz hörmət və məmur mədəniyyəti digər başçılara örnək göstərmək yerinə düşər.
Biz də Vidadi müəllimə və bütün kollektivinə can sağlığı diləyir, biri-birindən müqəddəs bayramlarımız münasibəti ilə təbrik edirik.

Elmira Hümbətova
Bizi izləyin