
Heydər Əliyev adına İdman-Konsert Kompleksində aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib.
Aerobika gimnastikası üzrə yarışlarda “Ocaq Sport” klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 110 gimnast iştirak edəcək.
İdmançılar 7-ci Azərbaycan çempionatında yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyalarında (2005-ci il və daha böyük), açıq Bakı birinciliyində isə balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarında iştirak edirlər.
Gimnastlar yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edirlər.
Akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyində “Ocaq Sport” Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), “Neftçi” İdman Klubu, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən 68 idmançı iştirak edir.
İdmançılar qadın cütlüklərinin tərkibində (uşaqlar- 2007-2012; balacalar - 2008-2017; yeniyetmələr - 2005-2011; böyüklər - 2008-ci il və daha böyük), kişi cütlükləri (böyüklər - 2008-ci il və daha böyük), qarışıq cütlüklər (balacalar - 2008-2017; yeniyetmələr - 2005-2011; böyüklər - 2008-ci il və daha böyük) və qadın qrupları (uşaqlar- 2007-2012; balacalar-2008-2017; yeniyetmələr-2005-2011; gənclər-2004-2010) balans, temp və qarışıq hərəkətlər proqramında medallar uğrunda mübarizə aparacaqlar.
Yarışlar noyabrın 1-2 noyabr tarixlərində olmaqla 2 gün ərzində keçiriləcək.