
İsrail BMT-nin baş katibi Antoni Quterreşin çıxışından sonra təşkilatın rəsmilərinə ölkəyə giriş vizası verməkdən imtina edib.
Bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd edək ki, Antonio Quterreş HƏMAS hücumlarının vakuumda, özlüyündən baş vermədiyini deyib.
Bir qədər sonra isə BMT-nin baş katibi "X" sosial şəbəkəsindəki hesabında öncəki sözlərindən bir növ geri çəkildiyini göstərən açıqlama verib.
"Fələstin xalqının narazılıqları HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz. Bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz".
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.