
Qəzza zolağında baş verənlərə görə ən böyük məsuliyyəti məhz Qərb daşıyır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Yenidən ayparaya qarşı səlib yürüşünə başlamaq istəyirsiniz? Bu addımı atsanız, bil ki, bu millət ölməyib. Bilməlisiniz ki, biz Qarabağ və Liviyada olduğu kimi Yaxın Şərqdə də möhkəm dayanmışıq", - deyə Türkiyə Prezidenti bildirib.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.