
Rusiya xarici işlәr naziri Sergey Lavrov vә Azәrbaycan xarici işlәr naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
AZİNFORM.AZ xəbər verir ki, Azәrbaycan Xarici İşlәr Nazirliyindәn verilәn bәyanata әsasәn, Sergey Lavrov vә Ceyhun Bayramov bölgәdәki vәziyyәti vә Azәrbaycan, Ermәnistan ilә Rusiya arasında imzalanan üçtәrәfli bәyanatların icrası ilә bağlı mәsәlәlәri müzakirә ediblәr.
Azәrbaycan vә Rusiya arasındakı ikitәrәfli әmәkdaşlıq әtrafında fikir mübadilәsi aparan nazirlәr Ukrayna mәsәlәsini dә müzakirә ediblәr.
Qeyd edәk ki, Sergey Lavrov Ermәnistan xarici işlәr naziri Ararat Mirzoyan ilә Moskvada görüşmüşdü.