Azərbaycanla münasibətləri inkişaf etdirməyə nail olduq - Yaponiya səfirliyi
- 01.01.2024, 12:43,
- Siyasət

Yaponiyanın ölkəmizdəki səfirliyi 2023-cü ildə ikitərəfli münasibətləri inkişaf etdirməyə nail olub.
Bununla bağlı Səfirliyin "Facebook" sosial şəbəkəsindəki hesabında bildirilib.
“2023-cü ildə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi olaraq Azərbaycandakı hər kəsin əməkdaşlığı sayəsində ikitərəfli münasibətləri inkişaf etdirməyə nail olduq. Gəlin 2024-cü ildə də, birlikdə iki ölkə arasında olan münasibətlərin daha güclənməsi üçün əlimizdən gələni edək! Hamı üçün 2024-cü ilin daha məhsuldar il olmasını arzu edirik. Yeni iliniz mübarək!”, - paylaşımda qeyd edilib.
Facebook
Вконтакте
Одноклассники
Google+