Milli Məclisdə büdcə müzakirələri keçirilir



Milli Məclisin birgə komitələrinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəyə çıxarılıb.
Müzakirələr Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında keçirilir.
Müzakirələrdə müvafiq komitələrin sədrləri və üzvləri, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva və digər qonaqlar iştirak edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.
Bizi izləyin