
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova oktyabrın 26-da Naxçıvan şəhərində keçiriləcək “Bir millət, iki dövlət” adlı Forumda iştirak edəcəklər.
Vitse-spiker Adil Əliyev burada Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun “Heydər Əliyev və Azərbaycanda Dövlət Gənclər Siyasəti” mövzusunda təşkil etdiyi tədbirdə də iştirak edəcək.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi