
Almaniya futbolunun əfsanəsi Frants Bekkenbauer 78 yaşında vəfat edib.
Bekkenbauer Almaniya millisinin üzvü kimi 1974-cü ildə dünya, 1972-ci ildə isə Avropa çempionu olub. Klub səviyyəsində o, 1964-1977-ci illərdə "Bayern Munich"də 400-dən çox oyun keçirib.
Bekkenbauer Almaniya millisinin tərkibində 1990-cı ildə dünya çempionu olub. O, iki dəfə “Qızıl top”un qalibidir.