
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir.
"İrəvan " Futbol Klubunun İdarə Heyətinin üzvləri xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib,abidəsi önünə gül dəstələri qoyublar.
Daha sonra idarə heyətinin üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.