UEFA Avropa Liqasında növbəti turun oyunları olub



Dünən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları keçirilib.
Ağdamın “Qarabağ” komandası ilə eyni qrupda mübarizə aparan “Molde” öz meydanında “Hekken”i darmadağın edib – 5:1.
İngiltərənin “Liverpul” klubu isə Fransa “Tuluza”sını sınağa çəkib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 5:1.
Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
“Aris” – “Betis” – 0:1
“Marsel” – “AEK” – 3:1
“Olimpiakos” – “Vest-Hem” – 2:1
“Rakuv” – “Sportinq” – 1:1
“Sparta Praqa” – “Reyncers” – 0:0
“Şturm Qraz” – “Atalanta” – 2:2
“TSC” – “Frayburq” – 1:3
“Roma” – “Slaviya” – 2:0
“Brayton” – “Ayaks” – 2:0
“Panatinaikos” – “Renn” – 1:2
“Royal Union” – “LASK” – 2:1
“Şerif” – “Servett” – 1:1.
Bizi izləyin