Uşaqlıqda hansı kluba azarkeşlik edib? – Anası söylədi



PSJ-nin hücumçusu Kilian Mbappenin anası Fayza Lamari oğlunun uşaqlıqda hansı kluba azarkeşlik etdiyini deyib.
“Evdə o, ancaq “Milan” haqqında danışırdı. Əgər uduzsaydılar, o, televizorun pultunu atıb italyanca təhqirlər səsləndirəcəkdi”, - Xarici mediaya istinadla xəbərə görə, Lamari deyib.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm 24 yaşlı fransız parislilərin heyətində 10 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi izləyin