İran XİN rəhbəri Ermənistana getdi



İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün (27 dekabr) Ermənistana səfər edib.
Səfər çərçivəsində iranlı nazir erməni həmkarı və digər Ermənistan rəsmiləri ilə görüşlər keçirəcək.
İranlı nazirin görüşlərdə, əsasən, müxtəlif sahələrdə əməkdaşlıq yolları ilə yanaşı, 3+3 formatı çərçivəsində Cənubi Qafqazda sülh məsələlərinin müzakirə edəcəyi bildirilir.
İran xarici işlər naziri ötən gecə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrovla ayrı-ayrılıqda telefon danışıqlarında Cənubi Qafqaz proseslərini və regional əməkdaşlıq imkanlarından faydalanmaqla Azərbaycan və Ermənistan arasında sülhün yaradılması haqda məsləhətləşmə aparıb.
Bizi izləyin