
Baş Prokurorluq İsmayıllıda ana ölümü ilə bağlı məılumat yayıb.
Qurumdan bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə keysəriyyə əməliyyatı olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.