
“Yəqin ki, rəhbərlik səviyyəsində təbrik ediblər. Burda böyük qəbahət görmürəm”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə Premyer Liqasının 17-ci turunda evdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib
Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandıqlarına görə digər klubların təbrik etdiyi halda, “Neftçi”nin onları tərbik etməməsi ilə bağlı suala cavab verib: “Düşünmürəm ki, nəsə ciddi bir şeydir. Bu gün də burada rəhbərliyi bizi təbrik etdi. Yəni böyüdüləsi bir şey yoxdur”.
Qeyd edək ki, dekabrın 15-də Qurban Qurbanovun komandası Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Hekken"i məğlub edərək (2:1) Avropa Liqasında ilk dəfə olaraq mərhələ adlayaraq 1/16-ə vəziqə qazanıblar.