Nurəddinin  yalanının rəngi  yoxdur - VİDEO



Yaxın günlərdə keçmiş dövlət işcisi Nurəddin Niftəliyevin iş adamı Tural Hüseynova və bir sıra sıra şəxslərə qarşı iftira dolu böhtanlarından  bəhs edən məqaləmizdə tanış oldunuz. 
Əminəm ki, Nurəddinin hərəkətləri hər bir vicdanlı insanda təəssüf hissi doğurdu. Bəlkə bir qədər də  insanlar sıralarında, insan adına,əxlaqına layiq olmayan təsadüfi insanların  olmasına heyrət etdiniz.
Əslində Nurəddin Niftəliyevin hələ polis işlədiyi dövrlərdə də çirkli davranışları kifayət qədər olmuşdur ki, bu barədə danışmağa dəyməz.
Nurəddin Niftəliyevi tanıdıqca, onun bir fürsətçi , şər-böhtanla , qarayaxmaqla başqasının malına sahib olan biri olduğunu görürük. 
Turala Hüseynovun etimadından  məharətlə yararlanan "qəhraman"ın əsl niyyəti üzə çıxdıqdan sonra başladı "şivən qoparıb, hay salmağa".
"Vay qoymayın, Tural evimi əlimdən aldı, məni döydürdü, beyin silkələnməsi oldum, qaburgalarum əzildi, qarın boşluğunda yırtıq yarandı, dişim sındı" və s.
Uydurduğu yalanlarını təsdiq etdirmək üçün dəfələrlə məhkəmə tibbi ekspertizadan keçsə də, dediklərini təsdiq etdirə bilmədi. 
Digər bir tərəfdənsə müharibədə iştirakçı olduğu halda, "qaziyəm" deyə hər kəsi, hətta mətbuatı aldatması Nurəddin kimliyini tamamilə ortaya qoyur.
Lakin buna baxmayaraq, mətbuat qarşısına keçib, Tural Hüseynovu "dələduz"adlandırmaq dan belə çəkinmir.
Biz nə üçün  Nurəddinin Tural barəsində söylədiyi "dələduz" ifadəsi üzərində dayandıq?
Məhkəmə prosesləri zamanı məhkəmənin hakimi məhkumu, mühakimə olunduğu günahın adı ilə, yəni oğru, dələduz, qatil, terrorçu, xuliqan, cibgir və. s belə adlandırır. Qanunun tələblərinə uyğun olaraq "təqsirləndirilən şəxs" deyə, istintaqa cəlb edir. 
Nurəddin özü  dövlət işçisi olduğu halda , Tural Hüseynova qarşı "dələduz" ifadəsinin işlətməsi birbaşa Azərbaycan Respublikası CM-nin 147-148 (böhtan, təhqir) maddəsini kobud şəkildə pozur. Məgət o bunu bilmir?
Bilir, lakin hər zamankı kimi özünə yapışdırdığı saxta qazı adına  güvənib, "sudan quru çıxacağına" ümid edir.
Unutmasın ki, dövlətimizin qanunları ali, qanunlara hörmətlə yanaşan hüquq mühafizə orqanlarımız var.

 
Bizi izləyin