Bu fəaliyyət üçün 3 min manat dövlət rüsumu müəyyən edilir



Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətlərə lisenziya verilməsinə görə dövlət rüsumları müəyyənləşir.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətin aşağıdakı növlərinə görə dövlət rüsumu tutulacaq:
Ödəniş təşkilatı fəaliyyəti - 2000 manat
Elektron pul təşkilatı fəaliyyəti - 3000 manat
Ödəniş sistemi operatoru fəaliyyəti - 2500 manat.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bizi izləyin