Astarada ikimərtəbəli ev yanıb



Astara rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Astara rayonunun Deqadi kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və eyvanı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizi izləyin