Rusiyada sursat istehsalı zavodunda partlayış oldu



Rusiyada Solikamsk şəhərindəki "Ural" sursat istehsalı zavodunda partlayış baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, partlayış anında binada heç kəs olmayıb, hadisə nəticəsində xəsarət alan yoxdur.
Zavod ştat rejiminidə fəaliyyətini davam etdirir. Hadisənin baş verdiyi şərait araşdırılır.
Bizi izləyin