Neftçalada 47 yaşlı qadının intihar etməsinə görə bir nəfər həbs edildi
- 27.10.2023, 12:03,
- Gündəm / Hadisə

Şəxsi özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluqdan bildirilib ki, oktyabrın 10-da Neftçala rayon sakini 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilovanın yaşadığı evin həyətində yerləşən metal borudan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Facebook
Вконтакте
Одноклассники
Google+