
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna məxsus 42 hərbi infrastruktur obyektinin məhv edildiyini bildirib. Aprelin 7-də Ukraynanın Jitomir bölgəsindəki qatar stansiyasında hərbi texnikanın yüksək dəqiqlikli raketlərlə vurulduğunu söyləyib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat yayıb.
Konaşenkov dünən Ukraynada həyata keçirilən təyyarə hücumlarında 42 hərbi infrastruktur obyektinin məhv edildiyini bildirib: "Bu günə qədər Ukrayna ordusuna məxsus "125 təyyarə, 95 helikopter, 416 pilotsuz uçuş aparatı, 2 min 3 tank və zirehli texnika, 220 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 869 haubitsa və minaatan, 1902 xüsusi təyinatlı hərbi texnika vurulub”.
Xatırladıq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.