Yaponiyada siyasi qalmaqal - Rüşvətdə adı hallanan dörd nazir işdən çıxarıldı



Yaponiyanın baş naziri Fumio Kisida Nazirlər Kabinetinin dörd üzvünü vəzifəsindən azad etmək barədə qərar qəbul edib.
Bu barədə Yaponiya KİV məlumat yayıb.
Qeyd olunub ki, sözügedən məmurlar ölkənin hakim Liberal-Demokrat partiyasında vəsait və rüşvət yığılması ilə bağlı siyasi qalmaqalla əlaqədar olaraq istefa veriblər.
Bundan başqa, Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutosi Nisimura, ümummilli məsələlər və kommunikasiyalar naziri Dzundzi Sudzuki, eləcə də, kənd meşə təsərrüfatı və balıqçılıq naziri İtiro Miyasita da vəzifələrindən məhrum olublar.
Bizi izləyin