
Bakı-Şamaxı yolu buz bağlayıb. Yolun buz bağlaması səbəbindən hərəkəti çətinləşib, qəzalar baş verib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yolda buzlaşma var.
"Lakin Agentliyin texnikaları yolda növbə çəkirlər. Yola duz-qum qarışığı səpilir. Yoldakı problemlər aradan qaldırılması istiqamətdə işlər görülür", - deyə o qeyd edib.
Qeyd edək ki, Bakı-Şamaxı yolunun buz bağlaması sürücülərə çətin anlar yaşadıb. Şaxtalı hava yolda hərəkəti iflic edib.
Yolun buz bağlaması qəzaya da səbəb olub. Hadisə zamanı minik avtomobilləri toqquşublar.