Şəhid övladı istədiyi özəl məktəbdə ödənişsiz oxumalıdır - Deputat



Şəhid övladı istənilən məktəbi seçə bilər. Şəhid övladlarının istəyidirsə, özəl orta məktəblər bu uşaqları ödənişsiz oxutmalıdır.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.
Deputat qeyd edib ki, bizdə bələdiyyələrin orta və ali məktəbləri yoxdur.
"25 ildir bələdiyyələr yaranıb, amma məktəbləri yoxdur", - deyə deputat əlavə edib.
Bizi izləyin