Qazaxıstanın xanım vətəndaşı ilə bağlı məhkəmə qətnaməsinin icrasına kim mane olur?..



Azərbaycan investisiya yatırımı sahəsində bir sıra xarici iş adamların maraqlarını təmin edir və bu, bizim dövlətimiz və xalqımız üçün də böyük əhəmiyyətə malikdir. Çünki ölkənin iqtisadiyyatı güclənir, yeni iş yerləri yaranır, əhalinin təminatı yaxşılaşır. Bütün bunları nəzərə alaraq, ölkə rəhbəri xarici investitorların ölkədə biznesin inkişaf etdirilməsi istiqamətində bir sıra rəsmi sənədlərə imza atıb. Bəs prezidentin göstəriş və tapşırıqları yerlərdə məmurlar tərəfindən necə yerinə yetirilir?
Bu sualın cavabını öyrənmək üçün bizi diqqətlə izləyin.

Qazaxıstan Respublikasının vətəndaşı Saporbayeva Aynur Azərbaycanda biznesini insaf etdirmək üçün etibarlı tərəfdaş axtarır. “Etibarlı” tərəfdaş kimi meydana çıxan Qafarova Səfayət, A.Saporbayevanın etimadını qazanaraq “saqqızın oğurlayır” ki, bu da fırıldaqçıların ən məharətli “qabiliyyəti” hesab edilir. Səfayət Qafarovaya inanan Aynur Saporbayeva ağıla gəlməyəcək qədər sərmayəni Azərbaycanlı “biznes ledi” Səfayətə verir. Əlinə “xam” düşmüş Qazaxıstan vətəndaşı Aynurəni soyub soğana çevirən Səfayətin əsl niyyətini qarşı tərəf 30000 avro ödəməklə öyrənə bildik. Nəhayət aldadıldığını başa düşən Sapoalrbayeva haqqını məhkəmədə axtarmağa başlayır.

Abşeron rayon məhkəməsi Aynur Saporbayevanın məhkəməyə təqdim edə bildiyi 15000 avro vəsaitin qəbzlərinə əsaslanaraq, borclunun borcu qaytarması barədə ədalətlə Qətnamə qət edib. Qətbamə hüquqi qüvvəsini alaraq, Abşeron rayon İcra Şöbəsinə yönəldilir. İcraçı üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirməklə, borclunu məhkəmə Qətnaməsini yerinə yetirməyə məcbur edir.
Xəzər rayon İcra Şöbəsinə yönəldilən Qətnamə icra üçün icraçı Şəfəq Neymətzadəyə həvalə olundu. Lakin üzərindən 6 aya yaxın vaxt ötməsinə baxmayaraq borcluya borcunu ödəyə məcbur edilmir.
İddiaçı Saparbayevanın hüquqi nümayəndəsi Tələt Babayev iraçıya vəzifəsini yerinə gətirməyi tələb etsə də, cavabı, ” borclunu tapa bilmirik” olur. Mətbuatın müdaxiləsindən sonra, icraci borclunun axtarışa verildiyi barədə Qərarı açıqladı . Qərarın təmin olunması artıq 2 atdan artıqdır ki, Xəzər rayon 2 saylı Polis Bölməsinə yönəldilib. Yönəldildiyi kimin də bükülüb, bir küncə atılır.
Bu son fikir üzərində hətta israrla dayanırıq ki, istər icraçı, istər polis, borclu Səfayət Qafarovanı tapa bilmədiklərini söyləyib, tələbkar, Tələt Babayevi başdan edirlər. Halbu ki, borclu Səfayətin rəsmi iş yeri, yaşayış yeri, ailəsinin yasayis yeri məlumdur. Belə olduğu təqdirdə hər iki orqan üçün “tapa bilmirik” ifadəsi bəhanə və hərəkətsizlikdən başqa biri şey deyil.
Yuxarıda qeyd etməyi unutduq ki, məhkəmə borclunun borcu birdəfəlik ödəməsi barədə Qətnamə qət etdiyi təqdirdə, tələbkar humanistlik edib, borclunun hissə-hissə ödəniş etməsi ilə belə razılaşdı. Bu da onun humanistliyinə qarşı edilən nankorluqdur. Borclunun fıldıldaqçı, yalançı olduğunu bildik. Bəs Səfayəti qorumağa çalışan məmurların hərəkətlərinə hansı adı verək? Yazımızdan sonra əminik ki, bu sualı aidiyyatı orqanlar tabeçilikləribdə olan məmurlara yönəldib, cavaba uyğun tədbir görəcəklər. Nəticədə qardaş Qazaxıstan Respublikasının vətəndaşı Sakarbayeva Aynurənin hüquqları da özünə veriləcək.

Tərifə MAQSUDOVA
Azinforum.az

Bizi izləyin