
Azərbaycanın media və siyasi seqmenti baş girələməyin gözəl üsülunu tapıb. Hamı beynəlxalq mövzulardan yazıb və danışmağı xoşlayır. Vəziyyət o həddə çatıb ki, hansısa ekspertə və ya partiya sədrinə ölkə daxildə baş verən siyasi, iqtisadi və ya sosial-məişət mövzularda sual ünvalayanda cavabı belə olur: “Mən qalmaqallı mövzulardan danışmaq istəmirəm”.
Yəni, ölkənin daxilində baş verən proseslərə şərh verməyi bunlar qalmaqal, dedi-qodu kimi dəyərləndirir. Əslində, bu cavabı verənlərin özləri də gözəl bilir ki, bunun adı qalmaqal deyil. Sadəcə, hərəyə bir yerdən maliyyə ayırıblar ki, yuxarılarla işin olmasın, yalnız başını girələ. Onlarda baş fırlamağın ən optimal yolunu beynəlxalq mövzular ətrafında gəzikməkdə görürlər. Bilirlər ki, onların Azərbaycan dilində yazdıqları yazını, verdikləri şərhi nə Makron oxuyur, nə də Bayden. Hətta onları söysələr belə, cavab gəlməyəcək. Bax, buna görə də, daxili siyasətlə bağlı mövzulara qalmaqal deyillər.
Ölkədə – mediaya, siyasi partiyalara və ekspertlərə həm rəsmi, həm də qeyri-rəsmi qaynaqlardan xeyli vəsait ayrılır. Ancaq onlardan bu pulun müqabilində sistemli fəaliyyət, əməli hesabat tələb edilmir. Yalnız verdikləri şərhin, yazdıqları yazının linki istənilir. Havayı pula alışan belələri o qədər harınlayıblar ki, jurnalistdən təkidlə yazılan məqalənin linkini də tələb edirlər. Yəni, can çəkir ki, girib münasibətini açıqladığı saytdan öz yazısını tapıb, oxusun. Çünki onun üçün yazı , məqalənin təsir gücü yox, yuxarılara göndərmək üçün link lazımdır ki, aylıq paketini kəsməsinlər…
Məhəmmədəli Qəribli,
Azinforum.az