Mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq edilməlidir - XİN
- 22.01.2024, 10:49,
- Siyasət

Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir.
Bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda qeyd edilir ki, daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən bəri ölənlərin sayı 342 nəfərə çatıb:
“Mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq edilməlidir”.
Facebook
Вконтакте
Одноклассники
Google+