İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi
- 01.01.2024, 12:41,
- Siyasət

İsrailin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Bu barədə səfirlik X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirik! Qoy bu yeni il hər birimiz üçün firavanlıq, əmin-amanlıq və sülh gətirsin! Bayramınız mübarək!”, - paylaşımda qeyd olunub.
Facebook
Вконтакте
Одноклассники
Google+