Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək



Milli Məclisin deputatı Müşfiq Cəfərov  “Arkadağ Serdarlı Xoşbəxt Gənclik İli”nə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün dekabrın 25-də Türkmənistanın Aşqabad şəhərinə səfər edəcək.
Tədbirdə 2023-cü ilin Türkmənistanda “Arkadağ Serdarlı Xoşbəxt Gənclik İli” elan edilməsinin əhəmiyyəti, ölkədə gənclər siyasəti, gənclərin fəallığının artırılması və digər mövzularda müzakirələr aparılacaq.
Səfər dekabrın 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Bizi izləyin