
Dost və müttəfiq Almaniya ilə siyasi, iqtisadi, hərbi, mədəni və humanitar ölçüləri olan dərin köklü əlaqələrə böyük əhəmiyyət veririk.
Bu sözləri Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk-Alman Universitetində təhsildə 10-cu il şənlikləri və mərkəzi kitabxananın açılış mərasimindəki çıxışı zamanı deyib.
"Biz siyasi, iqtisadi, hərbi, mədəni və humanitar ölçülərə malik dost və müttəfiqimiz Almaniya ilə köklü əlaqələrimizə böyük əhəmiyyət veririk. Almaniyada yaşayan 3 milyondan çox insanımızı iki ölkə arasında körpü kimi görürük. Almaniya vətəndaşlarının Türkiyədə məskunlaşması və artan ticarət əlaqələrimiz aramızdakı dostluğun ən bariz nümunəsidir.
İki ölkə arasındakı əməkdaşlığı akademiyaya daşıyan Türk-Alman Universiteti qarşıya qoyduğu məqsədə çatmaq üçün möhkəm addımlar atır. Universitetin 5 fakültəsi, bir kollec və iki institutu ilə qurucu hədəfləri var. Türkiyə və Almaniya tarix boyu daim ünsiyyət, əməkdaşlıq və həmrəylik içində olublar. İki ölkə arasındakı dostluq əlaqələrinin bundan sonra daha da güclənəcəyinə ürəkdən inanıram",- deyə Ərdoğan bildirib.