
Naxçıvan Dövlət Filarmoniyasının direktoru Ülvi Əhmədov vəzifəsindən azad edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidovun əmri ilə Naxçıvan Dövlət Filarmoniyasının direktoru Ülvi Rüfət oğlu Əhmədov vəzifədən azad olunub.