Bu ölkədə nazirlər yalan detektoru testindən keçəcək



İsrailin baş naziri Benyamin Netanyahu kabinet iclaslarına qatılan nazirlər üçün yalan detektoru testləri ilə bağlı qanun qəbul etmək istədiyini bəyan edib.
Bu barədə xarici KİV-lərə istinadən xəbər verilir.
Məlumata görə, İsrailin baş naziri Netanyahu təhlükəsizlik və kabinet iclaslarına qatılan bütün nazirlərin poliqrafiya testi ilə bağlı qanun təklif etməyi planlaşdırdığını deyib.
Qeyd edilir ki, Təhlükəsizlik Kabinetinin yanvarın 4-də keçirilən iclasında Baş Qərargah rəisi Herzi Halevi başda olmaqla bir çox nazir və ordu nümayəndələri arasında qızğın müzakirələr yaşanıb.
Bizi izləyin