Azərbaycanın vergi siyasəti iqtisadi tənzimləmənin əsas alətlərindən birinə çevriləcək - Orxan Nəzirli



Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran yeni çağırışlar onu göstərir ki, vergi siyasəti qarşıdakı dövrdə iqtisadi siyasətin həyata keçirilməsində iqtisadi tənzimləmənin əsas alətlərindən birinə çevriləcək.
Bunu "Vergi sistemi yeni inkişaf dövründə: dayanıqlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda keçirilən forumda Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzirli deyib.
“Bu gün vergi xidməti Azərbaycanda büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır. Son 5 il göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə töhfə vermək iqtidarındadır. İqtisadiyyatımızın qarşısında duran yeni çağırışlar onu göstərir ki, vergi siyasəti qarşıdakı dövrdə iqtisadi siyasətin həyata keçirilməsində iqtisadi tənzimləmənin əsas alətlərindən birinə çevriləcəkdir. Ölkənin inkişafının yeni strateji dövründə iqtisadiyyatın dayanıqlığını, genişlənməsini və artım tempini təmin etmək üçün çevik məqsədlərə uyğunlaşdırılan vergi siyasətinin nəticələrə yönəldirilməsini artırır”, - o qeyd edib.
Bizi izləyin