
İqtisadiyyat naziri Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşüb.
Bunu Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Davos İqtisadi Forumu
çərçivəsində TikTok şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - deyə qeyd edilib.