Azərbaycanda 2024-2027-ci illərdə elektrik enerjisi hasilatında artım proqnozlaşdırılır



Azərbaycanda külək və günəş elektrik stansiyaları hesabına elektrik enerjisi hasilatı 2026-cı ilədək 2,5 dəfə artacaq. Bu barədə hökumətdəki mənbədən bildiriblər.
"2024-cü ildə Azərbaycanda külək və günəş elektrik stansiyaları 669 milyon kilovatt-saat elektrik enerjisi verə bilər, artıq 2025-ci ildə isə 1,664 milyard kilovatt-saata çıxış planlaşdırılır, 2026-2027-ci illərdə bu bərpa olunan enerji mənbələri (BEM) hesabına elektrik enerjisi istehsalı ildə təqribən 1,67 milyard kilovatt-saat səviyyəsində olacaq", - deyə mənbə qeyd edib.
Vurğulanıb ki, 2025-ci ildə ölkədə külək və günəş hesabına elektrik enerjisi hasilatında mühüm artım xüsusən 240 meqavatt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının ("ACWA Power" layihəsi) və Cəbrayıl rayonunda eyni gücə malik Şəfəq günəş elektrik stansiyasının (bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin layihəsi) gözlənilən istismara verilməsi sayəsində olacaq.
Xatırladaq ki, Azərbaycan hökumətinin məqsədi 2028-ci ilədək elektrik enerjisi istehsalında BEM-in payını (bütünlükdə külək, günəş, su və bioxammal hesabına) hazırkı 20 faizdən (1688 meqavatt) 33 faizədək (1870 meqavatt) artırmaqdan ibarətdir.
Bizi izləyin