İran Astara vasitəsilə məhsul ixracı və tranziti sürətləndirəcək



İran Azərbaycanla sərhəddə yerləşən Astara sərhəd-gömrük məntəqəsi ilə məhsul ixracı və tranziti sürətləndirmək niyyətindədir.
Bu gün Tehranda İranın Gömrük Administrasiyasının baş direktoru Məhəmməd Rezvanifər və İranın Yol və Nəqliyyat Təşkilatının sədri Dariuş Amaninin başçılığı ilə iclas keçirilib.
İclasda ölkənin sərhəd gömrük məntəqələri, xüsusilə Astara sərhəd-gömrük məntəqəsi vasitəsilə ticarətin sadələşdirilməsi yolları araşdırılıb.
İclasda, həmçinin, Astara sərhəd-gömrük məntəqəsindən məhsul ixracı və tranziti üzrə yük maşınlarının keçidinin sürətləndirilməsi müzakirə olunub.
İclasda Astara gömrüyü ilə video-formatda əlaqə yaradılıb və Astara sərhəd-gömrük məntəqəsində ticarətin sadələşdirilməsi istiqamətində görülən işlər elan olunub.
Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, 9 ayda İran 36,4 milyard dollar dəyərində təxminən 102 milyon ton qeyri-neft məhsulları ixrac edib. Qeyri-neft məhsulları ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 0,68% azalıb, çəki baxımından 26,5% artıb.
Bizi izləyin