Bu il sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7,8 faiz artıb



Bu il yanvar-mart aylarında neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalıb, sənayenin qeyri-neft-qaz sektorunda isə 7,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda, 29 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Bizi izləyin