
Qazaxıstan və Azərbaycan birgə iri layihələri inkişaf etdirir.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının 2-ci iclasında deyib.
"Qazaxıstan və Azərbaycan bu gün bütünlükdə region üçün əhəmiyyət kəsb edən, birgə iri layihələri inkişaf etdirir. Buraya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı, Çin-Avropa rəqəmsal dəhlizinin bir hissəsi olan fiber optik rabitə xəttinin çəkilməsi və s. daxildir" - deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, ölkələr arasında əmtəə dövriyyəsi ötən il 530 milyon ABŞ dolları dəyərində olub.
"Bu rekorddur. Lakin daha böyük potensial var", - deyə səfir əlavə edib.