Kişilər arvadlarını bellərində daşıdılar

Avstraliyada kişilər arvadlarını çiyinlərində daşımaq yarışında iştirak ediblər.
Yeni idman növünün müəyyən qaydaları var. Qadınlar dəbilqə geyməli və 50 kiloqramdan ağır olmalıdır. Yüngün olanların çiyninə əlavə yük qoyulur.
Yarışın şərtlərinə görə, hər kişi arvadını müxtəlif maneələri dəf etməklə 300 metr məsafəyə daşımalıdır. Yarışı ilk başa vuran cütlük finişə 2 dəq. 40 saniyəyə gəlib.
Qaliblərin mükafatı 1 çəllək pivə olub.
Facebook
Вконтакте
Одноклассники
Google+