
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İclasda Azərbaycan Premyer Liqanın XV turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə görən “Turan Tovuz” və “Sabah”la matçda 4 oyunçusu xəbərdarlıq alan “Kəpəz” klubları hərəyə 700 manat cərimə edilib.
Bundan başqa, “Qarabağ” – “Qəbələ” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün Ağdam klubu 800 manat cərimələnib.