Nəyi deyiriksə, axıra kimi arxasında dayanırıq - Azər Bağırov



Bu gün Premyer Liqa klubu ilə yanaşı, ölkə xaricində 1-ci diviziondan təklif gəlsə, ikinci variantı seçərəm”.
İdman.biz-ə istinadən xəbər verilir ki, bunu “İdman Bizdə” verilişinin qonağı olan “Araz-Naxçıvan”nın sabiq üzvü Azər Bağırov deyib.
Mütəxəssis karyerasını ölkə xaricində davam etdirmək istədiyini açıqlayıb:
“Gücümə bələdəm, özümü xaricdə də doğruldacağıma əminəm və bunu sınamaq istəyirəm. Daha geniş qapıların açılmasını istəyirəm. Düşünürəm ki, hər şey olar. Ölkə fərq etməz. Birinci diviziona aşağı düşən klub olsun, amma köklü komanda olsun. Onu yüksəyə qaldırmaq, daha da yaxşı səviyyəyə çatdırmaq mümkündür”.
Bağırov Azərbaycanın köklü klubu “Neftçi” və ya iddialı “Sabah”dan belə təklif gəlsə belə xaricdə çalışmaq variantını daha üstün tutduğunu deyib:
“Ata tərəfim gədəbəylidir. Nəyi deyiriksə, axıra kimi arxasında dayanırıq. Ölkə xaricində 1-ci Diviziondan təklif gəlsə, gedərəm. Həm Azərbaycanı layiqincə təmsil edərəm, həm də yol açaram ki, uğura gedən yolda özümlə kimlərisə aparım. Bir futbolçunun xaricdə işləməyi, ən azından 2 futbolçunun qırağa çıxması deməkdir. Azərbaycanı yaxşı təmsilı etmək hər birimizin borcudur”.
Bizi izləyin