“Qarabağ” futbolçularının durumuna aydınlıq gətirilib



Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə matçda məcburiyyətdən əvəzlənən Yasin Benzia, Leandro Andrade və Olaviyo Juninyonun vəziyyətinə aydınlıq gətirilib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, ilk 2 futbolçunun vəziyyəti yaxşıdır və onlarda ciddi zədə yoxdur.
Juninyo isə Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən keçəcək. Yalnız bundan sonra hücumçunun vəziyyəti aydınlıq olacaq. İlkin olaraq “sambaçı”da əzələ dartılmasının olduğu güman edilir.
Qeyd edək ki, “Bayer”lə maçtda (2:2) “Qarabağ”ın qollarını Yasin və Juninyo vurub. Hər 3 futbolçu isə ikinci hissədə əvəz olunub.
Bizi izləyin