Sumqayıtda yaşayış binasında yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib
- 01.02.2024, 12:16,
- Hadisə

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Facebook
Вконтакте
Одноклассники
Google+