Keçmiş məhkum Bakıda telefon oğurladı



Bakıda bir nəfərin telefonu oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 11-də rayon ərazisində bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş T.Mürsəlov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizi izləyin