“Nəfəs geyimimlə gəzirdi, indi məni saymır” - Rəqqasə
- 16.02.2024, 15:14,
- Gündəm / Siyasət

“Yaxşılıqları unutmaq yaxşı şey deyil. Ulduz xəstəliyinə tutulub. Mən onu işə düzəltdim, o isə məni saymadı”
Bunu “Xəbərin var?” adlı proqramda “Rusalka” ləqəbi rəqqasə Aygün Babayeva müğənni Nəfəs haqqında danışarkən deyib.
“Yadına gəlir? Xırdalanda mənim evimə gəlib paltarımı geyinib getdin. Sonra da ad günü məclislərinin birində mənimlə uzaqdan soyuq salamlaşdın. Səni restoranların birinə işə mən düzəltdim, sonra qabağa getdin. Paltarlarımı da ona verdim ki, geyinsin işə getsin.Sənin bu hərəkətin çox ayıbdır. Yaxşılıqları unutmaq yaxşı şey deyil. Ulduz xəstəliyinə tutulub. Amma lap əvvəllər Nəfəs məni məclislərdə görəndə çox səmimi görüşüb, salamlaşırdı”, - deyə o bildirib.
Facebook
Вконтакте
Одноклассники
Google+