"Qarabağ" səfərdə darmadağınla QƏLƏBƏ QAZANDI - Vurulan QOLLAR



"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.
Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
XXX
01:49Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda beşinci qol vurulub.
Azərbaycan təmsilçisi 69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb - 4:1.
Abdullah Zubir özünün ikinci, "köhlən atlar"ın dördüncü qoluna imza atıb.
XXX
01:26
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda dördüncü qol vurulub.
Azərbaycan təmsilçisi 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb - 3:1.
"Köhlən atlar"ın heyətində Olavio Juninyo fərqlənib.
XXX
01:15
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üçüncü qol vurulub.
Azərbaycan təmsilçisi 54-cü dəqiqədə yenidən hesabda önə keçib - 2:1.
Abdullah Zubir adını tabloya yazdırıb.
XXX
00:48
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə start götürüb.
hələlik hesab bərabərdir - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.
XXX
00:48
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
Tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.00:2121-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.
XXX
00:44
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci qol vurulub.
Meydan sahibləri 44-cü dəqiqədə tarazlığı bərpa ediblər - 1:1.
Komandanın heyətində Simon Banza fərqlənib.
XXX
00:21
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.
 21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
XXX
00:00
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Görüşü Danimarkadan olan Morten Kroq idarə edir.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
XXX
22:52
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Braqa" və "Qarabağ"ın start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulu Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joau Moutinyu, 18. Vitor Karvalyo, 16. Rodriqo Salasar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo.
Baş məşqçi: Artur Jorje
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bizi izləyin