Azərbaycan Ordusu atəşkəsi pozaraq təxribata cəhd edən 4 Ermənistan hərbçisini MƏHV ETDİ
- 13.02.2024, 13:03,
- Gündəm / Sosial

Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçi sayı 4-ə çatıb.
Erməni KİV-lərinə istinadən xəbər verilir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan “Azatutyun” radiostansiyasına deyib.
Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.
Facebook
Вконтакте
Одноклассники
Google+