Türkiyədə iki mərtəbəli bina çökdü: ölən və yaralananlar var



Türkiyənin Şanlıurfa şəhərində 2 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə Türkiyə KİV-inə istinadən xəbər verilir.
Məlumata görə, bina gecə saatlarında çöküb. Hadisə yerinə çox sayda xilasedicilər, tibbi personal və təhlükəsizlik xidmətinin əməkdaşları cəlb olunub.
Binanın ötən ilin fevral ayında baş verən güclü zəlzələ nəticəsində zədələndiyi məlum olub. Hadisə ilə bağlı araşdırma davam edir.
Bizi izləyin