Tramp Baydeni demokratiya üçün təhlükə adlandırıb



ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni demokratiya üçün təhlükə adlandırıb.
Bunu o yanvarın 23-də Respublikaçıların prezident seçkilərinin ilk praymerizinin keçiriləcəyi Nyu-Hempşirdə çıxışı zamanı deyib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Baydeni ABŞ tarixinin ən pis lideri adlandırmışdı.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
25 aprel 2023-cü ildə Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqlamışdı.
Bizi izləyin