
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 168-ə çatıb.
Bu barədə Yaponiyanın regional hökuməti tərəfindən dərc olunan məlumatlarda deyilir.
Həmçinin, bölgələrdə zəlzələdən əziyyət çəkmiş və yerli təcili yardım xidmətlərinin yerlərini müəyyənləşdirmək üçün əlaqə saxlaya bilmədiyi sakinlərin sayı 323-ə çatıb. 560-dan çox insan zəlzələ nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb.
Xatırladaq ki, yanvarın 1-dən etibarən Yaponiyada müxtəlif gücdə 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub. Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi 20 saatdan çox davam edib. Bu, 1885-ci ildən bəri Yaponiyanın bu hissəsində baş verən ən güclü zəlzələ olub. Seysmoloqlar xəbərdarlıq edir ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və 7 baldan yuxarı yeni güclü zəlzələlər riski var.